|
29 noyabr 2012, 16:20
Adil Abdullayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin hər il iyun ayının 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı kimi qeyd edilməsi barədə 2012-ci il 19 noyabr tarixli Sərəncamınız bu sahədə çalışan və çalışmış mütəxəssislər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycanda maşınqayırma sənayesinin böyük tarixi vardır. Belə ki, keçən əsrin əvvəllərindən etibarən Azərbaycan dünyada neft sənayesi ilə bağlı iri maşınqayırma mərkəzlərindən birinə çevrilmiş və bu sahə ölkə iqtisadiyyatında önəmli yer tutmuşdur. Keçən əsrin 70-ci illərindən ölkəmizdə elektrotexnika, elektronika və cihazqayırma müəssisələri yaradılmağa başlanmışdır. 1975-ci ildə ulu öndər Heydər Əliyev cənablarının təşəbbüsü ilə yaradılmış və istismara verilmiş Bakı Məişət Kondisionerləri zavodu ölkədə müasir texnologiyalara əsaslanaraq xarici avadanlıqlarla təchiz olunmuş maşınqayırma sənayesinin inkişafında yeni bir eranın təməlini qoymuşdur. Belə ki, Bakı Məişət Kondisionerləri zavodunun ardınca ölkədə elektrik maşınqayırma sənayesinin yeni dövrü başlanmış, iqtisadiyyatın inkişafına təkan verən yeni zavodların - Bakı Məişət Cihazları zavodu, Bakmil birgə müəssisəsi, Elektroştamp zavodu və bir sıra digər müəssisələrin fəaliyyətə başlaması ölkədə elmi-texniki tərəqqinin yüksəlməsinə səbəb olmuşdur. Bakı Kondisionerləri Birliyi respublikanın iqtisadiyyatı üçün lazım olan kadr potensialının hazırlanmasında əvəzsiz məktəbə çevrilmişdir. Bu gün respublikamızda qeyri-neft sektorunun inkişafında bu kadrların əvəzsiz rolu vardır. Hörmətli cənab Preident!
Bu bayramı təsis etməklə Siz maşınqayırma sahəsində çalışmış və çalışan bütün mütəxəssislərin əməyini lazımınca dəyərləndirdiniz. Onlara ruh yüksəkliyi verdiniz. Buna görə şəxsən öz adımdan və Bakmil birgə müəssisəsinin kollektivi adından Sizə təşəkkür edir, möhkəm cansağlığı arzulayıram. Adil Abdullayev,
Bakmil Birgə Müəssisəsinin direktoru. 28 noyabr, 2012-ci il. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.