|
30 noyabr 2012, 16:35
İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Jorj Tito de Vaskonselos Kabral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Jorj Tito de Vaskonselos Kabral bu ilin iyununda ölkəsinin xarici işlər naziri ilə respublikamıza səfər etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd etdi. Azərbaycan ilə Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparılmasının önəmini vurğuladı. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Dövlət başçısı Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə əməkdaşlığımızı sürətləndirmək üçün böyük potensialın olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini məmnunluqla qeyd etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.