|
30 noyabr 2012, 16:45
İlham Əliyev Seynt Vinsent və Qrenadinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Diplomat Senio Elvin Lyuis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Azərbaycanın Seynt Vinsent və Qrenadin ilə beynəlxalq əməkdaşlığının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Seynt Vinsent və Qrenadinin BMT-də Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əlaqələrin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın bazasının yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Senio Elvin Lyuis Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalvesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. Ölkəsinin Azərbaycan ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu deyən səfir diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirdi. Dövlət başçısı Baş nazir Ralf Qonzalvesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seynt Vinsent və Qrenadinin Baş nazirinə çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.