|
30 noyabr 2012, 17:05
İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Xorxe Patrisio Aransibia Reyes etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyes Bakıdakı yüksək inkişaf proseslərinin, həyata keçirilən tikinti və abadlıq işlərinin şahidi olduğunu dedi. Görüşdə son illər ölkələrimiz arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi nəticəsində əlaqələrin intensivləşdiyi vurğulandı, Azərbaycan-Çili əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanların yaradıldığı qeyd olundu. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.