|
30 noyabr 2012, 17:15
İlham Əliyev Nigeriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin etimadnaməsini qəbul etmişdir. Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Alhaji Tukur Mani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Azərbaycan ilə Nigeriya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Seulda keçirilən nüvə sammitində Nigeriya Prezidenti ilə görüşünü məmnunluqla xatırladı. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edən dövlətimizin başçısı bu dəstəyin qarşıdakı illərdə də davam edəcəyinə əminliyini bildirdi. Fövqəladə və səlahiyyətli səfir Alhaji Tukur Mani Nigeriya Prezidenti Qudlak Conatanın salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan səfir bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi. Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Prezident Qudlak Conatanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.