Gerb

07 sentyabr 2010, 21:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram: 

1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilsin. 

2. Rafiq Uğuz oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilsin. 

3. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2010-cu il.