|
01 dekabr 2012, 13:10
İlham Əliyev Eritreya Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Tekley Minassie Asgedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Fövqəladə və səlahiyyətli səfir Tekley Minassie Asgedom Eritreya Prezidenti İsaias Afeverkinin salamlarını və Azərbaycan xalqına firavanlıq arzularını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan Respublikası ilə Eritreya Dövləti arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya Dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.