|
12 dekabr 2012, 13:50
İlham Əliyev Polşa Prezidenti Administrasiyasının rəhbərini, İsveç Krallığının və Bolqarıstanın xarici işlər nazirlərini qəbul etmişdir
Prezident İlham Əliyev Polşa Respublikası Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdilər. Görüşdə, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə enerji sektorunda deyil, iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən sərmayə qoyuluşu sahəsində də inkişaf etdirilməsinin önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. ![]() 12 dekabr 2012, 11:35
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.