|
12 dekabr 2012, 23:20
İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviç ilə görüşmüşdür
Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşıladı. Dövlətimizin başçısı İlham ƏLİYEV dedi: -Hörmətli Viktor Fyodoroviç, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Səfəriniz qısamüddətli olmasına baxmayaraq ümidvaram ki, bir çox məsələləri ətraflı müzakirə edə biləcəyik. Biz dəfələrlə ikitərəfli münasibətlərimizi müzakirə etmişik. Həm də çox şadam ki, irəliyə doğru tərəqqi görünür. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır. Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcəkdir. Bir daha xoş gəlmisiniz. Ukrayna prezidenti Viktor YANUKOVİÇ bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğuladı. Ukrayna dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirərək dedi: -Mən, həmçinin bu gün Ukraynanın yaxın dostu olan Heydər Əliyevin nurlu xatirəsini yad edənlərə qoşulmaq istəyirəm. Siz bu ənənəni ləyaqətlə davam etdirirsiniz. Azərbaycanın əldə etdiyi uğurlardan da danışan Ukrayna Prezidenti dedi: -Biz həmişə dostlarımızın uğurlarına sevinirik və mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə çıxarılmalı ənənəvi məsələlərimiz vardır. Əlbəttə, mən çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.