|
17 dekabr 2012, 16:15
İlham Əliyev Çinin Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost dövlətlər olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi və ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu dedi. Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd etdi. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu dedi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Bay Liçen Çin Xalq Respublikasının Sədri Hu Szintaonun və Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Bay Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlarımızın arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlət başçısı Hu Szintaonun və Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə və Çin Kommunist Partiyasının baş katibinə çatdırmağı xahiş etdi. 17 dekabr 2012, 16:05
İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir
more...
17 dekabr 2012, 16:20
İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.