Gerb

08 sentyabr 2010, 19:30

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2010-cu il.