Gerb

20 dekabr 2012, 17:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, №10, maddə 896) ilə təsdiq edilmiş Əlavə 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

13. Ticarət gəmiçiliyi sahəsində

13.1. su nəqliyyatı ilə yük daşınması Dövlət Dəniz Administrasiyası                             5500
13.2. su nəqliyyatı ilə sərnişin daşınması                                                                        5500


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 19 dekabr 2012-ci il.