Gerb

20 dekabr 2012, 19:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli 643 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 402; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 526, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin strukturu”nun 2-ci hissəsinin ikinci abzası ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2012-ci il.