Gerb

20 dekabr 2012, 18:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485; 2006, № 11, maddə 948; 2008, № 11, maddə 969; 2009, № 4, maddə 226, № 10, maddə 785; 2010, № 2, maddə 80) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın V bölməsinin 34-cü hissəsində “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Respublika Prokurorluğu),” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2012-ci il.