Gerb

21 dekabr 2012, 13:25

Hörmətli cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsi haqqında 19 dekabr 2012-ci il tarixli Sərəncamınız Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Elm və tədris mərkəzlərindən sayılan Gəncədə belə bir bölmənin yaradılması regionda mövcud elmi potensialdan səmərəli istifadə edilməsi, müvafiq araşdırmaların aparılması üçün əlverişli şərait yaradılmasını təmin edəcəkdir. AMEA-nın Gəncə bölməsinin təsis edilməsinə görə Sizə, möhtərəm cənab Prezident bütün Gəncə alimləri adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Səmimi hörmətlə,

Sadıqov Mirdaməd Mirsadıq oğlu,

Əməkdar Elm Xadimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

21 dekabr 2012-ci il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR