|
21 dekabr 2012, 14:20
Firdovsi Məmmədov və başqalarından, Goranboy, Azərbaycan
Möhtərəm Prezident! Goranboy rayonu Qızılhacılı qəsəbəsinin bir qrup sakini bu məktubu Sizə ünvanlamaqla bildirmək istəyirlər ki, Sizin regionlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar imzaladığınız Sərəncam və Fərmanlar yerli əhali tərəfindən bəyənilir və dəstəklənir. Belə ki, respublikamızda aparılan abadlıq və quruculuq işləri, yeni yolların, yeni qəsəbələrin salınması, yerlərdə idarə və müəssisələr üçün yeni binaların, məktəb və uşaq bağçalarının tikilib isifadəyə verilməsi buna əyani sübutdur. Hörmətli cənab Prezident! Qızılhacılı qəsəbəsi 02 saylı tam orta məktəbin yenidən, müasir standartlara uyğun şəkildə tikilərək 15 sentyabr 2012-ci il tarixindən etibarən istifadəyə verilməsi qəsəbə sakinlərini hədsiz sevindirmişdir. İndiyə kimi qəsəbə 02 saylı tam orta məktəb çox bərbad, yöndəmsiz, süni qızdırıcılarla təchiz olunmuş vəziyyətdə idi. Uşaqlarımız qaranlıq, alçaq, heç bir şəraiti olmayan sinif otaqlarında dərs alırdılar. Yeni tikilmiş məktəb binası yüksək səviyyədə inşa edilmiş və bütün lazımi avadanlıqlarla təchiz edilmişdir.
Odur ki, biz Qızılhacılı qəsəbə sakinləri, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Məmmədov Firdovsi Əliqulu oğlu 20 dekabr 2012-ci il. 21 dekabr 2012, 14:40
İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.