Gerb

21 dekabr 2012, 17:10

Hörmətli xanım Pak Kın He,

Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər müvəffəqiyyətlə inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, Yeni il münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 dekabr 2012-ci il.