|
21 dekabr 2012, 18:45
2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2012-ci il dekabrın 14-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası və Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət Katibliyi arasında əməkdaşlıq haqqında Memorandum” təsdiq edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev 21 dekabr 2012, 18:20
İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak etmişdir
more...
21 dekabr 2012, 20:30
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.