22 dekabr 2012, 13:10

Tahir Rəhimovdan, Xaçmaz, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi ürəkdən salamlayır, ailəmizin ev probleminin həllinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən, Xaçmaz rayonunun Xanoba kəndində yaşayıram. 2010-cu ildə leysan yağışları və qrunt suları evimizi yararsız hala salmışdır. Zərərçəkmiş vətəndaş kimi yardım üçün Sizə müraciət etmişdim. Sizin göstərişinizdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən Xanoba kəndində mənə həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ailəmiz üçün hər cür şəraiti olan fərdi ev tikilmişdir.

Hörmətli Prezident, sadə insanlara olan bu qayğınıza görə Sizə öz adımdan və ailə üzvlərimizin adından hədsiz minnətdarlığımı bildirirəm. Mən bir daha əmin oldum ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Siz Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün çox uğurlu siyasət yürüdürsünüz. Biz, Sizin siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Ölkəmizin hər bir uğuru bu siyasətin bəhrəsidir. Tanrı Sizi qorusun.

Hörmətlə,

Rəhimov Tahir Ramazan oğlu.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xanoba kəndi.