|
24 dekabr 2012, 15:40
Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən
Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, Sizə uzun ömür və ali dövləti vəzifənizdə uğurlar diləyimi qəbul edin. İnanıram ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə və Azərbaycan xalqının rifahının yüksəlməsinə xidmət edəcəkdir. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri qərarlaşmış qarşılıqlı faydalı əməkdaşlıq və tarixən yaranmış humanitar əlaqələr ruhunda bundan sonra da dinamik inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizin doğmalarınıza və yaxınlarınıza bir daha möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim. Hörmətlə,
Nikolaye Timofti AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.