Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə telefonla zəng etmişdir

Text size Plus Minus

24 dekabr 2012, 16:25

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.

Prezidentlər ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi