|
24 dekabr 2012, 16:35
Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkodan
Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz istedadlı və əzmkar bir rəhbər kimi Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində ölkənizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında onun nüfuzunun və təsirinin möhkəmlənməsi üçün çox iş görmüsünüz. Şəxsən Sizin bizim şəhərə və Azərbaycan ilə Sankt-Peterburq arasında əməkdaşlığın inkişafına göstərdiyiniz xüsusi diqqəti yüksək qiymətləndirirəm. Əminəm ki, Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Sankt-Peterburq arasında qarşılıqlı faydalı işgüzar, elmi, mədəni və humanitar əlaqələrin uğurlu inkişafı xalqlarımız naminə davam edəcəkdir. Şübhə etmirəm ki, Azərbaycan ilə Sankt-Peterburq arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti sayəsində bu əlaqələrin inkişafı üçün yeni mühüm addımlar atılacaqdır. Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın gercəkləşməsini və doğma ölkəniz naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm. Hörmətlə,
Georgi Poltavçenko AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.