24 dekabr 2012, 14:15

İlham Namiq Kamaldan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf onu Qafqazın lider dövlətinə çevirmişdir. Beynəlxalq inteqrasiya, daxili sabitlik, uğurlu daxili və xarici siyasət Sizin idarəçiliyinizi səciyyələndirən cəhətlərdir. Bütün bunlara bərabər qədim köklərə malik ədəbiyyatımızın, teatrımızın və mədəniyyətimizin inkişafı, çiçəklənməsi hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Sənət adamlarına göstərdiyiniz ümdə qayğı bizi daim ruhlandırır, yeni yaradıcılıq uğurları qazanmağa sövq edir.

Bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Tanrı Sizi qorusun!

Hörmətlə,

İlham Namiq Kamal, Xalq artisti, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.