|
24 dekabr 2012, 16:55
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdən
Hörmətli İlham Heydər oğlu! Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbrikləri qəbul edin. Sizə xas olan uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri, perspektivli məqsəd və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmi Sizin Azərbaycan Respublikasının Prezidenti kimi yüksək dövlət vəzifəsində uğurlu işinizi şərtləndirmişdir. Sizin rəhbərliyiniz altında həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır. İnanıram ki, Sizin topladığınız zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəsi bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcəkdir. Bu xoş fürsətdən istifadə edərək MDB çərçivəsində bizim səmərəli əməkdaşlığımıza görə səmimi minnətdarlığımı ifadə edir, əmin olduğumu bildirirəm ki, bu əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək, əldə olunmuş razılaşmaların gerçəkləşməsi qarşılıqlı faydalı dövlətlərarası tərəfdaşlığın real məzmun qazanmasına şərait yaradacaqdır. Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.