|
25 dekabr 2012, 15:40
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. İqtisadi cəhətdən çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkənizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda hörmət qazandırmışdır. Bu gün Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda sanballı uğurlar nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl olaraq möhkəmləndirir. Strateji xarakteri bizim müntəzəm, məzmunlu əlaqələrimizlə təsdiqlənən Belarus-Azərbaycan tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, Belarus ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələr bundan sonra da səmərəli surətdə inkişaf edəcək və möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Hörmətlə,
Aleksandr Lukaşenko 25 dekabr 2012, 09:30
Россия-24: Ильхам Алиев: нам удалось уйти от зависимости от нефтегазового сектора
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.