|
25 dekabr 2012, 15:10
Məhəmməd Hacıyev və başqalarından, Hacıqabul, Azərbaycan
Möhtərəm cənab Prezident! “Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 dekabr 2012-ci il tarixli Sərəncamınızla altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayırmağınız rayonumuzun əhalisini, Udullu ərazisində yerləşən kəndlərin sakinlərini hədsiz sevindirmişdir. Hörmətli cənab Prezident! Sizin tapşırığınızla “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri qısa müddət ərzində Udullu inzibati ərazi dairəsinə (İƏD) daxil olan, özündə 1500 təsərrüfat, altı min nəfərdən çox əhalini birləşdirən I Udullu, I Paşalı, II Paşalı, Şorbaçı, Tağılı, Tava və Qubalı kəndlərinə yeni qaz xətti çəkmişlər. İndi Udullu ərazisində hər evdə mavi alov şölələnir və sakinlərimiz təbii qazdan fasiləsiz olaraq istifadə edirlər. Kəndlərimizin sakinləri fasiləsiz elektrik və qaz enerjisindən istifadənin sevincini yaşadıqları bir zamanda daha bir şad xəbər eşitdilər. Möhtərəm Prezident! Sizin Sərəncamınızla Hacıqabuldan Udullu İƏD-nə daxil olan 7 kəndi birləşdirən 37 kilometrlik asfalt yolun çəkilişinə başlanmışdır. Hal-hazırda işlərin xeyli hissəsi yüksək keyfiyyətlə həyata keçirilmiş, yolun 8 kilometrlik hissəsinə asfalt döşənmişdir. Ulu öndərimiz Heydər Əliyev gözəl deyib: “Yol abadlıqdır, yol mədəniyyətdir”. Möhtərəm cənab Prezident! Bu rahatlığı, bu abadlığı bizə bəxş etdiyinizə görə, Udullu sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cansağlığı, dövlətimizin və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. Ümid edirik ki, Udullu əhalisinin su və digər problemləri də Sizin təşəbbüsünüz və rəhbərliyinizlə tezliklə həll ediləcəkdir. Biz, Udullu İƏD-nin sakinləri soyuq qış günlərində evimizə təbii qazın hərarətini bəxş etdiyinizə, Hacıqabul rayon mərkəzi ilə Udullu ərazisini birləşdirən nahamar dağ yolunun çəkilməsinə başlanmasına görə möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Gördüyünüz işlər və həyata keçirdiyiniz tədbirlər Sizin həqiqətən hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edir. Udullu ərazisində yerləşən ayrı-ayrı kəndlər Şamaxı və Qobustan rayonları ilə həmsərhəd zolaqda, əsasən Pirsaat çayının sahilində yerləşirlər. Hacıqabul rayonunun sakinləri, Udullu camaatı ümummilli lider, ulu öndər Heydər Əliyevin siyasi kursuna həmişə sadiq olmuşlar. Onlar hazırda bu kursun ən layiqli davamçısı olaraq Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirlər. Çox hörmətli Prezident! Sizin həyata keçirdiyiniz layihələr Azərbaycanın bütün regionlarının hərtərəfli inkişafına xidmət edir. Eyni zamanda, Sizin uğurlu kadr siyasətiniz xalqımız tərəfindən müsbət qarşılanır. Sizin uğurlu kadr siyasətiniz nəticəsində son bir neçə il ərzində Hacıqabulda, onun qəsəbə və kəndlərində geniş miqyasda quruculuq-abadlıq və tikinti işləri aparılmış, rayon əhalisi xeyirxah işlər görməyə, qurub-yaratmağa səfərbər edilmişdir. Rayon sakinləri Sizin “Mən çox istəyirəm ki, Hacıqabul daha da sürətlə inkişaf etsin” sözlərinizi minnətdarlıq hissi ilə xatırlayırlar. Bir neçə il əvvəl kiçik bir qəsəbə olan Hacıqabul hal-hazırda hərtərəfli inkişaf etmiş, müasir şəhərə, yaraşıqlı və gözəl rayon mərkəzinə çevrilmişdir. Möhtərəm cənab Prezident, Udullu İƏD-nə daxil olan kəndlərin sakinləri rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya, Hacıqabul-Udullu asfalt yolunun çəkilişinə, kəndlərimizə fasiləsiz verilən təbii qaz və elektrik enerjisinə görə bir daha Sizə minnətdarlıqlarını bildirirlər. Fürsətdən istifadə edib qarşıdan gələn ad gününüz, eyni zamanda, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət, xalqımızın, Vətənimizin, dövlətimizin və çiçəklənən Azərbaycanımızın gələcəyi naminə məqsədyönlü fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Azərbaycan Respublikası, Hacıqabul rayonu, Udullu inzibati ərazi dairəsi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.