26 dekabr 2012, 13:50

Siyasət Məmmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident!

Gəncə şəhər əhalisinin məşğulluğunu artırmaq, onların intellekt səviyyəsini yüksəltmək və respublikamızda məhsuldar qüvvələrin öz fəaliyyətlərini elmi nəticələr əsasında qurmalarını sürətləndirmək məqsədi ilə mövcud elmi potensialı nəzərə alaraq Milli Elmlər Akademiyasının Gəncə şəhər bölməsinin yaradılması barədə Sərəncamınız mənim və həmkarlarımın böyük sevincinə səbəb olmuşdur.

Hörmətli cənab Prezident!

Əmin ola bilərsiniz ki, gələcəkdə bu bölmədə nəzərdə tutduğunuz nəticələrə nail olunması üçün daha böyük həvəs və əzmlə çalışacağıq.

Respublikamızda siyasi sabitliyin və sürətli inkişafın təmin edilməsinə görə, Sizə, xanımınız Mehriban Əliyevaya və övladlarınıza minnətdarlığımızı bildiririk. Sizin apardığınız siyasəti ürəkdən bəyənir və dəstəkləyir, Sizə bu çətin yolda müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Məmmədov Siyasət,
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti.
Azərbaycan Respublikası, Gəncə şəhəri.