Gerb

26 dekabr 2012, 14:00

Hörmətli cənab Prezident!

Apardığınız uğurlu daxili və xarici siyasətinizlə Siz müstəqil Azərbaycan dövlətinin, xalqının tərəqqisi, iqtisadi cəhətdən qüdrətlənməsi, ölkəmizin dünya dövlətləri arasında nüfuzlu yer tutması naminə çox işlər görmüsünüz. Respublikamızda elm və təhsilin inkişafına çox böyük diqqət və qayğı göstərirsiniz.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin təsis edilməsi, Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılması haqqındakı Sərəncamınız buna tutarlı sübutdur.

Möhtərəm Prezident, biz Sizinlə fəxr edir, daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Əmin olun ki, əməli işimizlə bizə göstərdiyiniz diqqət və qayğınızı doğruldacağıq.

Fürsətdən istifadə edib Sizi ad gününüz münasibətilə təbrik edirik.


Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin kollektivi adından hörmətlə,

Qasımov İldırım, dekan.

Azərbaycan Respublikası, Gəncə şəhəri.