Gerb

10 sentyabr 2010, 17:41

Cənab Prezident!

Sizin şəhid ailələrinin təqaüdlərinin və aztəminatlı ailələrin müavinətlərinin artırılması ilə əlaqədar imzaladığınız Sərəncamlar bu qəbildən olan insanları çox sevindirmişdir. Mən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədriyəm. Son günlər şöbəmizə çoxsaylı müraciətlər daxil olmuşdur. Bu müraciətlərdə Sizə dərin minnətdarlıq ifadə olunur. Bu bayram günlərində minlərlə ailəni sevindirdiyiniz üçün Sizə öz adımdan və təşkilatımızın üzvləri adından dərin minnətdarlığımı bildirirəm. Sizin və ailənizin Ramazan bayramını təbrik edirəm, Sizə cansağlığı, uzun ömür arzulayıram. Dövlətimizin, Vətənimizin çiçəklənməsi naminə gördüyünüz işlərdə Sizə uğurlar diləyirəm. Sizi əmin edirəm ki, atdığınız hər bir addım bizlər tərəfindən alqışlanır və dəstəklənir.

Sizə bir daha öz minnətdarlığımızı bildiririk. Bayramınız mübarək olsun, möhtərəm Ali Baş Komandan!

Hörmətlə,

Cəfərov Zülfüqar Eminağa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri,
Maştağa qəsəbəsi, Bağ evi küçəsi, ev 179. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR