|
29 dekabr 2012, 20:20
İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə maraqlanmışdır
Prezident İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Bunları aradan qaldırmaq üçün paytaxtın Azadlıq meydanında yeraltı avtomobil dayanacağı inşa edilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, iki minə yaxın avtomobil üçün nəzərdə tutulan bu dayanacaq ikimərtəbəli olacaqdır. Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılmışdır. Burada yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini və havalandırmanı idarə edən qurğular ən yüksək standartlar səviyyəsində olacaqdır. Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaqdır ki, bunlardan ikisi avtomobillər, altısı isə piyadalar üçün nəzərdə tutulmuşdur. Dayanacaqda indiyədək 60 min kvadratmetr sahədə inşaat işləri həyata keçirilmişdir. Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.