|
30 dekabr 2012, 15:00
İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, iki hektar ərazisi olan parkda hovuz inşa edilmişdir. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılmışdır. Bu sistemə istənilən proqramı yükləmək mümkündür. Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir və gecə saatlarında bu istirahət guşəsinə xüsusi gözəllik verir. Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilmiş, yaşıllıq zolağı salınmış, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılmışdır. Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənmişdir. Dövlətimizin başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.