|
30 dekabr 2012, 15:15
İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Respublikamızda maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı imzaladığı sərəncamlar dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dövlətimizin başçısının tapşırıqları əsasında Bakıda Təzə Pir, Əjdərbəy məscidləri və digər dini-tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Məscidlərin və digər dini-tarixi abidələrin bərpası işləri Azərbaycanın bütün bölgələrində uğurla həyata keçirilir.
Dövlət başçısının tapşırığı ilə Bakının Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin inşasına başlanılmışdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur. Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraqlandı, müvafiq tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.