Gerb

13 sentyabr 2010, 18:00

Möhtərəm cənab Prezident!

Dünyada qlobal maliyyə böhranının tüğyan etdiyi bir dövrdə Sizin uzaqgörən və düşünülmüş siyasətiniz sayəsində ölkəmizdə dinamik inkişafa nail olunmuş, əhalinin sosial rifahı yaxşılaşdırılmışdır. Sizin bu istiqamətdə davamlı və humanist tədbirləriniz hər bir ölkə vətəndaşı kimi laçınlılar tərəfindən də rəğbətlə qarşılanır.

Daxili və xarici siyasətinizi daimi ürəkdən dəstəkləyən laçınlılar müqəddəs Ramazan bayramı ərəfəsində imzalanmış məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması barədə Sərəncamınızı böyük sevinclə qarşıladılar.

Bu Sərəncam bir daha Sizin yüksək humanistliyinizi və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Hərtərəfli diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı və tükənməz sevgimizi bildiririk.

Hər bir laçınlı məcburi köçkün qəti əmindir ki, Sizin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tutduğunuz prinsipial və dəyişməz mövqe, apardığınız hərtərəfli siyasət nəticəsində biz tezliklə ata-baba yurdumuza qayıdacağıq.

Hörmətlə,

Qasım Qasımov, Bəbir Mehtiyev, İxtiyar Əzizov,
Müsü Əbdüləzimov, Əmiraslan Məmmədov, Ələsgər Mirzəyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.