Gerb

14 sentyabr 2010, 18:01

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir.

Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunmuş, Rusiya Prezidentinin Azərbaycana son səfəri, səfərin nəticələri və səfər zamanı imzalanmış sənədlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilmişdir.