|
16 yanvar 2013, 16:25
İlham Əliyev Sloveniyanın Baş naziri ilə görüşmüşdür
Prezident İlham Əliyevin Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olmuşdur. Dövlət başçısı Sloveniyanın Baş naziri Yanez Yanşa ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi. Dövlət başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğuladı. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi. Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa Prezident İlham Əliyev ilə NATO-nun Çikaqo sammiti zamanı əlaqələrimizin inkişafı ilə bağlı apardıqları müzakirələrdən sonra ölkələrimiz arasında bütün razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycanın regiondakı mövqeyini çox yüksək qiymətləndirdiyini dedi. Yanez Yanşa Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətinin önəmini də vurğuladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Baş nazir öz növbəsində iqtisadi sahədə əlaqələrimizi genişləndirməyin vacibliyini vurğuladı. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Baş nazir iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi. ![]() 15 yanvar 2013, 13:55
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir
more...
16 yanvar 2013, 16:30
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.