|
16 yanvar 2013, 16:30
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Səfir Fəhd bin Əli əd-Dosəri səfirlik fəaliyyəti dövründə Azərbaycanın bütün regionlarına etdiyi səfərlər zamanı Bakıda və regionlarda böyük inkişafın şahidi olduğunu vurğuladı. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı. Diplomat əlaqələrimizin genişləndirilməsində qarşılıqlı investisiya qoyuluşunun önəmini qeyd etdi. Dövlət başçısı Fəhd bin Əli əd-Dosərinə ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığının dost və tərəfdaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birilərinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.