13 sentyabr 2010, 18:34

Tərlan Cəbrayılova və digərlərindən, Laçın, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz uğurlu siyasət sayəsində ölkəmizin gündən-günə inkişafı və çiçəklənməsi, insanların sosial rifahının yaxşılaşması hər bir ölkə vətəndaşı kimi, bizi də - laçınlı şəhid ailələrini də ürəkdən sevindirir. Biz, Sizin hər bir nailiyyətinizlə fəxr edir, qürur duyuruq.

Dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı ərəfəsində şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzaladığınız Sərəncam hər bir ailədə böyük rəğbətlə qarşılandı.

Bizə daim göstərdiyiniz diqqət və qayğıya, yüksək insanpərvərliyinizə görə Sizə laçınlı şəhid ailələri adından dərin minnətdarlığımızı və tükənməz ehtiramımızı bildiririk.

Laçınlı şəhid ailələri adından Tərlan Cəbrayılova, Əsgər Məmmədov, Çiçək Əmirova, Yelmar Fətəliyev, İmran İsmayılov, Maral Əsgərova və Şükür Verdiyevdən, Laçın, Azərbaycan.