|
17 yanvar 2013, 12:55
İlham Əliyev ABŞ müdafiə naziri baş müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiks paytaxtımızın onda dərin təəssürat yaratdığını dedi. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Xanım Ketlin Hiks bildirdi ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd etdi. Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğuladı. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.