Gerb

18 yanvar 2013, 17:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.1.11-ci maddə əlavə edilsin:
“4.0.1.11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti.”.
2. 6.2-ci maddədə “və” sözü “,” işarəsi ilə əvəz edilsin, “müavinətlər” sözündən sonra “və işsizlik müavinəti” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 7.0.10-1-ci maddə əlavə edilsin:
“7.0.10-1. işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda;”.
4. 7.0.13-cü maddədə “4.0.1.5-ci” sözlərindən sonra “və 4.0.1.11-ci” sözləri əlavə edilsin.
5. 8-ci maddədə:
5.1. maddənin mətnində “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin;
5.2. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşsizlik müavinətinin məbləği “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.”.
6. 9.1-ci maddədə “aylıq müavinətlər” sözlərindən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 9.4-cü maddə əlavə edilsin:
“9.4. İşsizlik müavinətinin ödənilməsi müddəti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
8. 10.1-ci maddədə:
8.1. “Müavinətlər” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin;
8.2. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İşsizlik müavinətinin təyin edilməsi və ödənilməsi qaydası “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
9. 11.1-ci maddədə “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:
“11.3. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
11. 12.1-ci maddədə “müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.
12. 12.2-ci maddənin birinci cümləsində “Müavinətlərin” sözündən sonra “(işsizlik müavinəti istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il.