|
18 yanvar 2013, 17:55
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672) 9-cu maddəsinin ikinci hissəsində “rəmzi nişanlarından” sözləri “rəmzlərindən” sözü ilə əvəz edilsin. Bakı şəhəri, 11 dekabr 2012-ci il. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.