Gerb

20 may 2010, 18:11

Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Zonquldak vilayətindəki “Karadon” kömür şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 may 2010-cu il.