|
19 yanvar 2013, 14:20
İlham Əliyev Uruqvay Prezidentinin xüsusi elçisi,Prezident Administrasiyasının dövlət katibini qəbul etmişdir
Prezident İlham Əliyev Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul etmişdir. Xüsusi elçi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubunu dövlətimizin başçısına çatdırdı. Diyeqo Kanepa Uruqvay Prezidentinin və hökumətinin Azərbaycan ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək və əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün ona birbaşa tapşırıqlar verdiyini dedi. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi. Uruqvay Prezidentinin xüsusi elçisi ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Uruqvaylı qonaq ölkəmizə səfəri zamanı paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Dövlət başçısı Uruqvay Respublikasının Prezidenti Xose Alberto Muxica Kordanonun şəxsi məktubuna görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişaf etdirilməsi baxımından rolunu qeyd etdi. Azərbaycan Prezidenti ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.