|
21 yanvar 2013, 12:50
İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin Prezidenti, London Olimpiya Oyunlarının icraçı direktorunu qəbul etmişdir
Prezident İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib. Dövlətimizin başçısı XXX London Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunması münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni təbrik etdi. Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi. Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koen öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğuladı. Görüşdə ölkəmizdə idmanın bütün növlərinin inkişafı ilə bağlı görülən işlərin önəmi vurğulandı, Azərbaycanın dünya Olimpiya hərəkatındakı rolu qeyd olundu, ölkəmizin beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edildi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.