|
23 yanvar 2013, 12:20
İlham Əliyev CNN televiziya kanalına müsahibə vermişdir
Prezident İlham Əliyev Davosda “CNN-İnternational” televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kestə müsahibə vermişdir.
Dövlət başçısının müsahibəsi həmin gün “CNN-İnternational”da yayımlanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev: Düzdür, ölkə inkişaf edir. İnkişaf çox sürətlə gedir və şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik. Riçard Kest: Beləliklə, bu məqsəd üçün Dünya İqtisadi Forumunu ən münasib yer hesab edirsiniz? Siz deyirsiniz ki, neçə ildir buraya gəlirsiniz. Məqsəd nədən ibarətdir? Prezident İlham Əliyev: Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni, burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır. Riçard Kest: Bu gün xəbərlərdə daha çox bp-nin adı çəkilir. Bu şirkətin “ROSNEFT”lə olan əlaqələri, bp-nin Azərbaycan ilə olan münasibətləri səbəbindən Rusiya hökumətinin “ROSNEFT” və bp vasitəsilə ölkənizə müdaxilə etmək cəhdləri ilə bağlı narahatlıq qeyd olunur. Bu məsələ Sizi narahat edirmi? Rusiya ölkənizə müdaxilə etmək üçün bp-dən istifadə edə bilərmi? Prezident İlham Əliyev: Hər şeydən öncə deyim ki, bu, bizi narahat etmir. Birincisi, bp 1994-cü ildən bəri demək olar ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdən ölkəmizdə fəaliyyət göstərir. Bu, təxminən 20 illik tarixə malik olan dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləridir, əlaqələrimiz bundan sonra hələ ən azı 20 il də davam edəcəkdir. Çünki bizim hazırda bp şirkəti ilə birgə həyata keçirdiyimiz layihələr gələcəyə yönəlib. Bu baxımdan bp-nin digər tərəfdaşları ilə əməkdaşlığı məni narahat etmir. Riçard Kest: Cənab Prezident, burada, Davosda Sizin üçün ən əhəmiyyətli məsələ nədir? Əlbəttə, bilirik ki, ləng qlobal artım məsələləri gündəmdədir. Bu məsələlər inkişaf edən bazarlara və ölkələrə necə təsir göstərir? Bu, Sizi sözün əsl mənasında narahat edirmi? Prezident İlham Əliyev: Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir. Riçard Kest: Nəhayət, studiyamda böyük bir sxem vardır. İcazənizlə, mən Sizə bir sxem göstərim. Baxın, bu sxem belədir: iki ox - biri sağa, digəri isə sola baxır. Bir tərəfdən ABŞ, digər tərəfdən isə Avropa İttifaqıdır. Prezident İlham Əliyev: Deyirsiniz ki, mən oxun daha çox riskli istiqamətini göstərim? Riçard Kest: Bəli. O istiqamətə ki, orada risk daha çoxdur. Prezident İlham Əliyev: Daha riskli tərəfdən söhbət gedirsə, onda oxun istiqaməti belə olmalıdır. Fikrimcə, ABŞ-ın iqtisadiyyatı Avropa İttifaqı iqtisadiyyatından daha sabitdir. Avropa İttifaqında problemlər qalmaqdadır. Orada hələ də ölkələr var ki, onların böyük Avropa dövlətlərinin yardımına, müəyyən maliyyə dəstəyinə ehtiyacı vardır. Bu, asan məsələ deyildir. Bu, hətta yardım alan ölkələrdə belə müəyyən qıcıqlanma yaradır. Buna görə də bütün bunlardan çıxış edərək demək istərdim ki, ABŞ iqtisadi və siyasi nöqteyi-nəzərdən daha sabit görünür. Böyük ölçüdə AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.