|
23 yanvar 2013, 15:05
İlham Əliyevin ABŞ-ın “McKinsey&Сompany” şirkətinin rəhbəri Dominik Barton ilə görüşü olmuşdur
Prezidenti İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti “McKinsey&Сompany”nin rəhbəri Dominik Barton ilə görüşü olmuşdur. Görüşdə “McKinsey&Сompany” şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdi. Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. ![]() 23 yanvar 2013, 17:00
İlham Əliyevin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.