|
23 yanvar 2013, 22:05
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyasında iştirak etmişdir
Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir. Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışdı. Dövlətimizin başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırdı. Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışdı. Dövlət başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxundu. Sonra Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırdı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.