Gerb

26 yanvar 2013, 16:00

Çox hörmətli Prezident!

Biz Lerik rayonu Mistan kənd sakinləri bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi, Lerik-Kəlvəz yolunun yenidən qurulması böyük sevincimizə səbəb olmuşdur.

Çox sağ olun ki, ucqar kəndlərdə yaşayanlara daim diqqət və qayğı göstərirsiniz. Biz Sizin qayğınızı həmişə hiss etmişik.

Mistan kənd ağsaqqalları, ziyalıları olaraq Sizin daxili və xarici siyasətinizi bəyənir və Sizi daim dəstəkləyirik.

Lerik rayon Mistan kənd sakinləri adından dərin hörmətlə,
İsgəndər Yusifov
Etibar Qənbərov
Allahşükür Kərimov
İntizam Bəşirov
Raqubəli Rzayev
Ağaddin Əliyev
Ramiz Şəkərəliyev
Əlişa Muradov
Ənvər Ağayev
Xanəli Əliyev
İstimas Əşrəf
Güloğlan Sadıxov
Altay Ağayev
Zəfər Hüseynov
İmanverdi Süleymanov
Mərdan Başirov
Qəhrəman Bəşirov
Əli Əliyev
Allahverən Hüseynov
Şirəli Qasımov
Fuad Şahbazov
Zaman Əliyev
Almas Əşrəfov
Azad Tağıyev
Balaşirin Bəşirov.

Azərbaycan Respublikası, Lerik, Mistan kəndi.