|
29 yanvar 2013, 13:45
Sultan Əzimzadədən, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə, 20 Yanvar hadisələrinin əsl mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə araşdırılmış, hadisəyə hüquqi-siyasi qiymət verilmiş, cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır. Müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev cənabları 20 Yanvar şəhidlərinin uyuduğu xiyabanı Azərbaycan xalqının şərəf lövhəsi kimi dünya dövlətlərinə təqdim etmişdir. Ümummilli liderimiz tərəfindən şəhid ailələri və əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir sıra fərmanlar imzalanmış, 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, onlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Bu diqqət və qayğı Sizin tərəfinizdən davam etdirilmiş, 29 yanvar 2007-ci il tarixli fərmanınızla 20 Yanvar şəhidlərinin ailələrinə prezident təqaüdü verilmişdir. Eyni zamanda, 20 yanvar əlillərinin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onlara prezident təqaüdü verilməsi haqqında fərman imzalamısınız.
Şəhidlər ziyabanının yenidən qurulması və abadlaşdırılması ilə bağlı verdiyiniz xüsusi göstərişlər zamanı “20 yanvar” cəmiyyəti üçün yeni mənzil-qərargahın tikilməsi də tərəfinizdən nəzərə alınmış və yeni bina yüksək səviyyədə inşa edilərək 18 yanvar 2013-cü il tarixində, 20 yanvar hadisələrinin 23-cü ildönümü ərəfəsində istifadəyə verilmişdir.
Hörmətlə, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.