29 yanvar 2013, 15:40

Əli Hüseynovdan, Gəncə, Azərbaycan

Möhtərəm Prezident!

Yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2013-cü ili Azərbaycanda “İnformasiya kommunikasiya texnologiyaları ili” elan etməyiniz biz Gəncə rabitəçiləri üçün də böyük etimaddır və məsuliyyətimizi daha da artırır. Sizin diqqət və qayğınızla əhatə edilən rabitə və informasiya texnologiyaları sektoru son illər dinamik inkişaf yoluna qədəm qoymuş və qeyri-neft sektorunun prioritet sahəsinə çevrilmişdir. Məhz bu inkişafın nəticəsində cari ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmiz üçün mühüm tarixi hadisə olacaqdır.

Hörmətli cənab Prezident!
Sizə ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

TKİ-nin kollektivi adından,
Hüseynov Əli.

Azərbaycan Respublikası, Gəncə şəhəri.