|
04 fevral 2013, 13:30
İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibini qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayberi qəbul etmişdir. Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayber Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Ölkəmizlə yaxından tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki idman kompleksinə getdiklərini və Bakıda bir sıra idman obyektlərinə baş çəkəcəklərini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin önəmini qeyd etdi. Frants Şrayber 2014-cü ildə Atıcılıq Federasiyasının stend atıcılığı üzrə dünya kubokunun finalının Azərbaycanda təşkil olunacağını, 2015-ci ildə isə dünya kubokunun stend atıcılığı üzrə mərhələ yarışlarının ölkəmizdə keçiriləcəyini qeyd edərək Federasiya üçün böyük əhəmiyyət daşıyan bu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini ölkəmizin beynəlxalq idman əməkdaşlığı sahəsində yeni uğuru kimi dəyərləndirdi. Dövlət başçısı ölkəmizdə idmanın müxtəlif növlərinin sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığının önəmini qeyd etdi. Azərbaycanın müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsinə hazır olduğunu bildirən Prezident İlham Əliyev artıq bir sıra dünya kuboklarının, Avropa çempionatlarının ölkəmizdə təşkil olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda idmanın inkişafına yaradılan yüksək şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bu cür beynəlxalq yarışların gələcəkdə də uğurla keçiriləcəyinə ümidvar olduğunu vurğuladı. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.